"Nimburq" növbəti mərhələyə çıxmaq üçün daha şanslıdır və qrupun favoritidir. Onlar iki oyunda iki qələbə qazanıblar”.
Bunu İdman.biz saytına Azərbaycanın "Sabah" klubunun basketbolçusu Pavel Marçinkoviç deyib.
Xorvatiyalı legioner FİBA Avropa kubokunda komandasının səfərdə Çexiya “Nimburk”u ilə oyunu şərh edib. O bildirib ki, rəqib çox səviyyəlidir: “Çex basketbolunda və Avropada tanındıqları üçün oyun səviyyələri mənim üçün böyük bir sürpriz deyil. Sürətli oynamağı, keçiddən və erkən hücumdan hücum etməyi, asan yollar axtarmağı sevirlər”.
Marçinkoviçin sözlərinə görə, hədəfləri qrupda inamlı mübarizə aparmaqdır: “Buna nə qədər şansımız var, istifadə etməyə çalışacağıq. Azərbaycan basketboluna qələbələr gətirmək istəyirik. Çalışacağıq ki, bunu artıq bu noyabrın 1-də edək. Bu vaxta qədər ilk ABL-ə diqqət yetirdik. Artıq dünəndən “Nimburk”un təhlilinə başladıq və bu gün məşqlərdə bu rəqiblə matça hazırlaşmağa vaxtımız olacaq”.
Qeyd edək ki, "Nimburk" Azərbaycan komandasını noyabrın 1-də Praqada qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 21:30-da keçiriləcək.
Şabnam Rəhimova
İdman.biz