Debütant "Neftçi"yə qalib gəlib - FOTO

Xəbərlər
27 Oktyabr 2023 22:19
184
Debütant "Neftçi"yə qalib gəlib - FOTO

Bu gün Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümünün I turunun növbəti oyunu keçirilib.

İdman.biz xəbər verir ki, günün yeganə qarşılaşmasında “Neftçi” “Xəzri”ni qəbul edib .

“Sərhədçi” İdman Kompleksinda baş tutacaq görüşdə nominal ev sahibləri favorit hesab edilsələr də, debütant bütün ehtimalları alt-üst edib. Oyunun ən məhsuldar basketbolçuları 18 xal, 5 ribaundla Ceyms Havtorn ("Neftçi") və 21 xal, 8 ribaundla Amil Həmzəyev ("Xəzri") olublar.

Qeyd edək ki, turun ilk görüşündə “Cəlilabad” “Sərhədçi”yə 76:86 hesabı ilə uduzub. İlk turun digər oyunları oktyabr 28-29-da baş tutacaq.

Azərbaycan Basketbol Liqası
I tur
19:30. “Neftçi” – “Xəzri” - 73:80

“Sərhədçi” İdman Kompleksi

Emin Ağa

İdman.biz