“Neftçi” mövsümə debütantla start verir

Xəbərlər
27 Oktyabr 2023 11:01
90
“Neftçi” mövsümə debütantla start verir

Bu gün Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümünün I turunun növbəti oyunu keçiriləcək.

İdman.biz xəbər verir ki, günün yeganə qarşılaşmasında “Neftçi” “Xəzri”ni qəbul edəcək.

“Sərhədçi” İdman Kompleksinda baş tutacaq görüşdə nominal ev sahibləri favorit hesab edilsələr də, debütantın asanlıqla təslim olacağı gözlənilmir.

Azərbaycan Basketbol Liqası
I tur
19:30. “Neftçi” – “Xəzri”

“Sərhədçi” İdman Kompleksi

Qeyd edək ki, turun ilk görüşündə “Cəlilabad” “Sərhədçi”yə 76:86 hesabı ilə uduzub. Oktyabrın 28-də “Xırdalan” “Şəki” ilə, NTD-İNDIQO “Sumqayıt”la oynayacaq. Tura oktyabrın 29-da ötən mövsümün final seriyasında çıxış edən “Gəncə” və “Sabah”ın matçı ilə yekun vurulacaq.

Emin Ağa

İdman.biz