Mövsümə "Cəlilabad"ın qələbəsi ilə start verilib - FOTO

Xəbərlər
22 Oktyabr 2023 21:41
213
Mövsümə "Cəlilabad"ın qələbəsi ilə start verilib - FOTO

Bu gün Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümünə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.

“Sərhədçi” İdman Kompleksində “Cəlilabad”la “Sərhədçi” üz-üzə gəlib. Oyun qonaq komandanın qələbəsi ilə başa çatıb. Birinci və sonuncu periodlarda aşkar üstün oynayan "Cəlilabad" mövsümə qələbə ilə start götürüb.

Azərbaycan Basketbol Liqası

I tur
19:30. “Sərhədçi” – “Cəlilabad” - 76:86 (10:29, 21:14, 29:12, 16:31)

“Sərhədçi” İdman Kompleksi

Qeyd edək ki, turun digər matçları gələn həftə keçiriləcək. Oktyabrın 27-də “Neftçi” və “Xəzri” ilə, bir gün sonra “Xırdalan” “Şəki” ilə, NTD-İNDIQO “Sumqayıt”la oynayacaq. Tura oktyabrın 29-da ötən mövsümün final seriyasında çıxış edən “Gəncə” və “Sabah”ın matçı ilə yekun vurulacaq.

İdman.biz