“Sabah” FIBA Avropa Kubokunun əsas mərhələsində ilk oyununu keçirəcək

Xəbərlər
18 Oktyabr 2023 10:11
118
“Sabah” FIBA Avropa Kubokunun əsas mərhələsində ilk oyununu keçirəcək

“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun əsas mərhələsində bu gün ilk oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu debüt görüşünə Monteneqroda çıxacaq.

D qrupunda yer alan Boban Mitevin yetirmələri “Mornar”ın qonağı olacaq. Gərgin keçəcək matçda Bakı klubu qələbə arzusundadır.

Qeyd edək ki, qrupunuzun digər görüşündə “Baxçaşəhər Kolleci” (Türkiyə) İstanbulda “Nimburk”la (Çexiya) üz-üzə gələcək.

FIBA Avropa Kuboku
D qrupu, I tur
18 oktyabr

21:00. “Mornar” (Monteneqro) – “Sabah” (Azərbaycan)
Bar. Topolitsa İdman Zalı

İdman.biz