“Neftçi” basketbol komandasının kapitanı Cəbrayıl Əkbərov Avropa Kubokunun təsnifat mərhələsində “Parnu” üzərində qazanılan qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, Əkbərov Bakıdakı görüşün (80:67) komanda üçün asan keçmədiyini bildirib.
Onun sözlərinə görə, “Neftçi” cavab matçına qədər yol verdiyi səhvləri düzəltməyə çalışacaq.
Kapitan baş məşqçinin müxtəlif basketbolçulara oyun şansı verdiyini və komandanın rotasiya imkanlarına inandığını deyib. O, azarkeşlərə dəstəyə görə təşəkkür edib.
“Mən hansı komandanın kapitanı olduğumu bilirəm”, – deyə Əkbərov vurğulayıb.
Cavab oyunu sentyabrın 30-da keçiriləcək.
