“Gəncə”nin məşqçisi B kateqoriyalı lisenziya aldı

23 Sentyabr 2026 13:51
38
“Gəncə”nin məşqçisi B kateqoriyalı lisenziya aldı

“Gəncə” basketbol komandasının məşqçisi Zaur Məmmədov B kateqoriyası üzrə məşqçi lisenziyasına sahib olub.

İdman.Biz xəbər verir ki, bu barədə qərb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Zaur Məmmədov Azərbaycan Basketbol Federasiyası tərəfindən təşkil olunan məşqçilik seminarını və imtahanı uğurla başa vuraraq müvafiq lisenziyanı əldə edib.

Qeyd edək ki, 43 yaşlı Zaur Məmmədov 2026-cı ilin fevralından “Gəncə”nin əsas komandasının məşqçilər korpusunda yer alır. Onun əsas komandada çalışdığı ötən mövsümdə qərb təmsilçisi Azərbaycan Kubokunun qalibi olub və Azərbaycan Basketbol Liqasının bürünc medalını qazanıb. “Gəncə” kubokun finalında “Sabah”ı 89:82 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə bu titula sahib çıxıb.

İdman.Biz