“Sumqayıt” basketbol klubunun məşqçilər heyəti məlum olub

22 Sentyabr 2026 14:10
40
“Sumqayıt” basketbol klubunun məşqçilər heyəti məlum olub

“Sumqayıt” basketbol klubunun məşqçilər korpusu müəyyənləşib

İdman.Biz xəbər verir ki, bu barədə “Sumqayıt” basketbol klubu məlumat yayıb.

Bildirilib ki, heyətdə təcrübəli mütəxəssis Vadim Kuramşın və gənc məşqçi Allahverdi Yusifov yer alacaq.

Vadim Kuramşın yeni mövsümdə baş məşqçi Uğur Özdəmirin köməkçisi kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Kuramşın “Sumqayıt”ın yarandığı 3 il ərzində komandada çalışır. O, ötən iki mövsümdə komandanın baş məşqçisi kimi fəaliyyət göstərib.

Allahverdi Yusifov isə buna qədər aşağı yaş qruplarından ibarət komandalarda məşqçilik edib. Yusifov FIBA və ABL-in B kateqoriyası üzrə məşqçilik sertifikatına sahibdir.

İdman.Biz