“Naxçıvan” heyətini Litvadan olan gənc basketbolçu Oleq Kojeneçlə gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə “Naxçıvan” basketbol klubundan məlumat verilib.
Bildirilib ki, 23 yaşlı oyunçu ilə bir illik müqavilə imzalanıb.
Boyu 2,10 metr olan basketbolçunun son klubu ABŞ-nin NCAA liqasında çıxış edən “Stoni Bruk” olub.
