Seneqal basketbolunda faciə: İki oyunçu eyni qəzada öldü

22 Sentyabr 2026 17:41
33
Seneqal basketbolunda faciə: İki oyunçu eyni qəzada öldü

Seneqal basketbolunda ağır faciə baş verib.

İdman.Biz xəbər verir ki, “ASC Ville de Dakar”ın oyun qurucusu Mohammed Diufun ölümündən sonra “US Goree”nin basketbolçusu Momar Mariqonun da eyni yol-nəqliyyat hadisəsində həlak olduğu məlum olub.

“Seneweb”in məlumatına görə, hər iki basketbolçu qəza zamanı birlikdə olublar.

Qəzanın dəqiq hansı şəraitdə baş verdiyi hələ müəyyənləşdirilməyib. Mənbə hadisə zamanı daha bir basketbolçunun xəsarət aldığını və komada olduğunu bildirib.

İdman.Biz