“Neftçi” Avropa Kubokunda qələbə ilə başladı - YENİLƏNİB + FOTO/VİDEO

23 Sentyabr 2026 21:01
829
“Neftçi” Avropa Kubokunda qələbə ilə başladı

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində ilk oyununu keçirib.

İdman.Biz xəbər verir ki, “ağ-qaralar” Bakı İdman Sarayında Estoniyanın “Parnu” kollektivi ilə qarşılaşıb. Görüş “Neftçi”nin 80:67 hesablı qələbəsi ilə başa çatıb.

Konstantinos Vasiliadisin komandası ilk iki periodu qələbə ilə başa vurub – 20:13 və 22:16. Böyük fasilədən sonra qonaqlar fərqi azaltsalar da, matçın nəticəsini dəyişə bilməyiblər. Periodlar üzrə hesab 20:13, 22:16, 18:19, 20:19 olub.

“Neftçi”nin heyətində ən çox xalı Şakil Prays (21) və Elayca Hokins (19) toplayıblar. Rob Hovard 13, Aleksa Stepanoviç isə 10 xal toplayıb.

Cavab görüşü sentyabrın 30-da keçiriləcək. Cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya), “Mikonos” (Yunanıstan) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.

10:12

“Neftçi” baksetbol komandası FIBA Avropa Kubokunda bu gün mübarizəyə start verəcək.

İdman.Biz xəbər verir ki, “ağ-qaralar” təsnifat mərhələsində Estoniyanın “Parnu” kollektivi ilə qarşılaşacaq.

Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Cavab görüşü sentyabrın 30-da keçiriləcək. Cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya), “Mikonos” (Yunanıstan) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.

İdman.Biz
Məqalədə: