“Sumqayıt” basketbol klubu heyətini Rüstəm Əliyevlə gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisindən məlumat verilib.
196 sm boya malik basketbolçu ilə 2026/2027 mövsümünü əhatə edəcək müqavilə imzalanıb.
Daha öncə “Sabah”la iki il ardıcıl çempionluq sevinci yaşayan Rüstəm Əliyev “Ordu” və “LANDAU Lions” klubunda da çıxış edib.
O, həmçinin U-18 və əsas millinin heyətində də meydana çıxıb.
Xatırladaq ki, daha əvvəl Elşad Şirzadov da “Sumqayıt”ın heyətinə cəlb olunub.
15:38
“Sumqayıt” heyətinə yeni basketbolçu cəlb edib.
İdman.Biz xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisindən məlumat verilib.
Komanda müdafiəçi mövqeyində çıxış edən Elşad Şirzadovla bir illik müqavilə imzalayıb.
Şirzadov ötən mövsümü “Ordu”nun heyətində keçirib. 27 yaşlı basketbolçu daha əvvəl NTD və “Gəncə” klublarında da oynayıb.
O, Azərbaycanın U-18, U-20 və əsas millisinin uğurları üçün də çalışıb.
