“Sabah”ın mübarizə aparacağı FİBA Avropa kubokunun reqlamenti

Xəbərlər
7 Oktyabr 2023 13:04
106
“Sabah”ın mübarizə aparacağı FİBA Avropa kubokunun reqlamenti

Basketbol üzrə Avropa Kubokunun qrup mərhələsinin nəticələrinə əsasən 16 komanda turnirin növbəti mərhələsində mübarizəni davam etdirəcək.

İdman.biz xəbər verir ki, avrokubokların əsas püşkatmasında 16 qrupa bölünən 40 klub mübarizə aparacaq. Onların arasında təsnifat mərhələsindən qalib gələrək Türkiyənin “Bahçəşəhər Kolleci”, Monteneqronun “Mornar” və Çexiyanın “Nymburk” klubları ilə birlikdə D qrupuna düşmüş Azərbaycan “Sabah”ı da var.

Reqlamentə uyğun olaraq, öz qruplarının qalibləri avrokubokların ikinci mərhələsinə vəsiqə qazanacaqlar. Həmçinin ikinci yerlər arasında ən yaxşı nəticə göstərən altı komanda orada oynamaq hüququ qazanacaq.

Qeyd edək ki, “Sabah” ilk oyununu oktyabrın 18-də səfərdə “Mornar”a qarşı keçirəcək.

İdman.biz