Boban Mitev: "Bakıda avrokubok oyunlarında tribunaları dolu görmək istəyirəm"

Xəbərlər
5 Oktyabr 2023 22:49
122
Boban Mitev: "Bakıda avrokubok oyunlarında tribunaları dolu görmək istəyirəm"

"Praktiki olaraq yaxşı çıxış etdik. Mən bilirdim ki, fərdi bacarıqları yüksək olan oyunçularım var".

İdman.biz xəbər ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Boban Mitev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan çempionunun Avropa Kubokunun təsnifat mərhələsinin son turunda Rumıniya "Rapid"inə 90:71 hesabı ilə oyununu dəyərləndirib. O bildirib ki, komandası əsl döyüşçü kimi mübarizə aparıb: "Mənim işim bu fərdi keyfiyyətləri sistemli komanda oyununa çevirmək idi. Düzünü desəm, biz bura minimum bir oyunda qələbə qazanmağa gəlmişdik. Bəzi epizodlarda ribaundda, bəzən müdafiədə və atışlarda uğursuz olsaq da, bu oyun qrupda keçirdiyimiz ən yaxşı qarşılaşma idi. Oyunçular əsl döyüşçü kimi mübarizə apardılar. Biz düzgün yoldayıq. Belə düşünməyə nikbin əsaslarım var. Bakıda keçirəcəyimiz avrokubok oyunlarında tribunaları dolu görmək istəyirəm".

Qeyd edək ki, “Sabah” əvvəlki turlarda “Donar Qroningen” (Niderland) və “Rabotniçki” (Şimali Makedoniya) klublarını da məğlub edərək qrupu birinci yerdə başa vurub. Komanda tarixi uğura imza ataraq Avropa Kubokunun əsas mərhələsinə yüksəlib.