Cemys Harden “Filadelfiya”nı tərk etmək barədə fikirləşir.
İdman.biz saytı xəbər verir ki, təcrübəli basketbolçu klubun onu dəyişməsi variantına ümid edir.
Harden karyerasını “Los Anceles Klippers”də davam etdirmək istəyir. Sadəcə, “Filadelfiya”nın yüksək məbləğ tələb etməsi los-ancelesliləri geri addım atmağa vadar edib. Onların fikrincə, Ceyms uğrunda rəqibləri yoxdur və qarşı tərəfə kifayət qədər yaxşı rəqəm təklif ediblər.
Harden “Filadelfiya” ilə mövsümün sonunadək müqavilə müddətini artırıb. Buna baxmayaraq, “Saqqallı” dəyişiklik tərəfdarıdır. O, ötən mövsüm müntəzəm çempionatda “Filadelfiya”nın heyətində 58 oyunda orta hesabla 21 xal toplayıb.
İdman.biz