“Naxçıvan” ABŞ-li basketbolçu transfer etdi

21 Sentyabr 2026 14:37
44
“Naxçıvan” ABŞ-li basketbolçu transfer etdi

“Naxçıvan” ABŞ-dən olan basketbolçu Maylz Uilmotu heyətinə qatıb.

İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Onun müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub.

25 yaşlı oyunçunun son klubu NCAA-da mübarizə aparan “Canisius Golden Griffins” komandası olub.

İdman.Biz