“Sabah”dan inamlı qələbə

Xəbərlər
2 Oktyabr 2023 21:43
168
“Sabah”dan inamlı qələbə

Kişi basketbolçulardan ibarət “Sabah” Avropa kubokuna uğurlu start götürüb.

İdman.biz saytı xəbər verir ki, təmsilçimiz “Donar Qroningen” klubuna 75:72 hesabı ilə qalib gəlib.

Niderland təmsilçisi 1-ci periodu daha yaxşı keçirsə də, növbəti periodda “Sabah”ın 22:14 hesablı qələbəsi görüşün taleyini həll edib. Azərbaycan çempionu sonadək üstünlüyünü qoruyaraq, çətinliklə qalib gəlib.

18 ildən sonra avrokubokunda çıxış edən “Sabah” basketbol azarkeşlərini sevindirib. Boban Mitevin komandası növbəti oyununu “Rabotniçki”yə (Şimali Makedoniya) qarşı keçirəcək.

Qeyd edək ki, qrup mərhələsinin boyunları Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilir. Qrupun digər matçında “Rabotniçki” (Şimali Makedoniya) ilə “Rapid” (Rumıniya) üz-üzə gələcək.

Avropa kuboku, qrup mərhələsi
2 oktyabr

“Donar Qroningen” – “Sabah” – 72:75 (23:18, 14:22, 20:19, 15:16)

İdman.biz