Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyənin Yalova şəhərində keçirilən “EVOQ Challenge Cup Pre Season Yalova” beynəlxalq mövsümöncəsi hazırlıq turnirində ikinci yeri tutub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Yığma qrup mərhələsində keçirdiyi 3 matçın hamısında qələbə qazanaraq finala yüksəlib. U-16 turnirdə “Viktor Sanikidze Academy Basketball” (94:43), “Bakırköy Kartaltepe” (65:54) və “Eskişehir Gelişim Falcons” (54:53) komandalarını məğlub edib.
Komanda həlledici qarşılaşmada “Konya Diltaş Basketbol”a 69:73 hesabı ilə məğlub olub.
