NBA təcrübəsi olan basketbolçu "Sabah"da!

Xəbərlər
4 İyul 2024 13:36
251
NBA təcrübəsi olan basketbolçu "Sabah"da!

Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək "Sabah" heyətini yeni basketbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, Bakı təmsilçisi Hassani Qravetti heyətinə qatıb.

O, peşəkar karyerası ərzində 2021/2022 mövsümündə NBA-də çıxış edən "Orlando Mecik"in heyətində 8 oyuna çıxıb. Son mövsümü Polşanın "Slask" klubunda legioner həyatı yaşayan 27 yaşlı müdafiəçi 40 oyun keçirib.

Zəngin klub təcrübəsinə malik amerikalı basketbolçu ilə 2 illik müqavilə imzalanıb.

İdman.biz