“Neftçi” Müşahidə Şurasının üzvündən “Qarabağ”a mesaj: “Afərin” - VİDEO

Xəbərlər
2 İyul 2024 11:12
595
“Neftçi” Müşahidə Şurasının üzvündən “Qarabağ”a mesaj: “Afərin” - VİDEO

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” yeni mövsümün hazırlığının ilk mərhələsini yekunlaşdırmaq üzrədir.

İdman.biz xəbər verir ki, Bakı toplanışını sabah başa vuracaq Ağdam təmsilçisi son məşqlərindən birini zalda gerçəkləşdirib.

Premyer Liqanın çempionunun futbolçuları hazırlıq prosesində basketbol oynayıblar. Azərbaycan Basketbol Federasiyasının prezidenti, eyni zamanda “Qarabağ”ın əsas rəqibi “Neftçi”nin Müşahidə Şurasının üzvü Emin Əmrullayev də buna biganə qalmayıb.

O, sosial şəbəkə paylaşımında Qurban Qurbanovun yetirmələrinin basketbol oynamasını alqışlayıb və klubu ABL-də görmək istəyini büruzə verib: "Qarabağ" Klubunun futbolçularının basketbol məharəti! Afərin! Basketbolun təşviqinə görə Qurban Qurbanova xüsusi təşəkkür edirəm. "Qarabağ" Futbol Klubunu Avropa Çempionlar Liqasının qrup mərhələsində, "Qarabağ" Basketbol Klubunu isə Azərbaycan Basketbol Liqasında görmək ümidi ilə”.

Qeyd edək ki, “Qarabağ” iyulun 5-də Avstriya toplanışına yollanacaq.

İdman.biz