Filippinə qalib gələn yığmamız Niderlanda uduzub

Xəbərlər
14 İyun 2024 22:10
201
Filippinə qalib gələn yığmamız Niderlanda uduzub

Bu gün basketbolun 3x3 növü üzrə Qadın seriyasının Klermon-Ferran mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması qrup mərhələsinin oyunlarına çıxıb.

D qrupunda yer alan millimiz ilk oyunda Filippinlə görüşüb. Basketbolçularımız 22:17 hesabı ilə qalib gəliblər. Növbəti rəqib Niderland olub. Komandamız 12:21 hesabı ilə uduzub.

Qrupun son görüşündə Niderland Filippini məğlub edib və bu, millimizi 1/4 finala yüksəlməsinə şərait yaradıb. Komandamız sabah Fransa ilə qarşılaşacaq.

Qadın seriyası
14 iyun

20:05. Azərbaycan – Filippin - 22:17
21:50. Azərbaycan – Niderland - 12:21

Qeyd edək ki, 12 komanda 4 qrupda mübarizə aparacaq. Hər qrupda ilk iki yeri tutacaq komandalar 1/4 finala yüksələcək.

İdman.biz

Məqalədə: