Avropa çempionatına doğru: Qaxda gündə 2 MƏŞQ

Xəbərlər
11 İyun 2024 11:49
174
Avropa çempionatına doğru: Qaxda gündə 2 MƏŞQ

Gənc basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıqları davam etdirir.

İdman.biz xəbər verir ki, U-20 yığması iyunun 3-dən Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışının birinci mərhələsinə start verib.

İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda gündə iki dəfə olmaqla taktiki və fiziki məşqlər keçir.

Millini iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı B divizionunda mübarizə gözləyir.

Qeyd edək ki, təlim-məşq toplanışının birinci mərhələsi iyunun 19-na qədər davam edəcək.

İdman.biz

Məqalədə: