Azərbaycan Basketbol Liqasında birinci turun növbəti qarşılaşması bu gün baş tutacaq.
İdman.Biz xəbər verir ki, NTD Bakı İdman Sarayında “Sumqayıt”ı qəbul edəcək.
Görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, turun ilk matçında “Sabah” “LANDAU Lions” üzərində 84:74 hesablı qələbə qazanıb.
Birinci turun digər oyunları oktyabrın 3-ü və 4-də keçiriləcək. “Naxçıvan” - “Neftçi” qarşılaşması isə Bakı klubunun FIBA Avropa Kubokunda iştirakı səbəbindən təxirə salınıb.
