Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

1 Oktyabr 2026 12:25
106
Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə “AzB.az” idman portalı istifadəyə verilib.

İdman.Biz offside media-ya istinadən xəbər verir ki, yeni yaradılan internet resursu əsas diqqəti ölkə basketboluna yönəldəcək.

“AzB.az” saytında Azərbaycan Basketbol Liqası, kubok yarışları, aşağı yaş qrupları və milli komandaların oyunlarından operativ xəbərlər, xüsusi reportajlar və müsahibələr təqdim olunacaq.

Bununla yanaşı, platformada Avropa kuboklarında mübarizə aparan klublarımızın matçları, NBA və Avroliqa qarşılaşmaları da mütəmadi işıqlandırılacaq.

Portal xəbər lentindən əlavə, matçların analitik təhlillərini və basketbolçuların statistik göstəricilərini də oxuculara təqdim etməyi hədəfləyir.

“AzB.az” redaksiyasının layihənin fəaliyyəti barədə qısa məlumat: “Ölkədə basketbola maraq və klublarımızın beynəlxalq turnirlərdəki iştirakı artsa da, bu sahəni sırf ixtisaslaşmış formada təqdim edən platformaya ehtiyac var idi. “AzB.az” olaraq əsas məqsədimiz həm yerli basketboldakı yenilikləri operativ çatdırmaq, həm də oxuculara dəqiq statistika və analitik məzmun təqdim etməkdir”.

Instagram: https://www.instagram.com/azb.aze

Telegram: https://t.me/azbasketbol

Facebook: https://www.facebook.com/share/1FMWqs1RbT/

TikTok: https://www.tiktok.com/@azb.aze

Youtube: https://www.youtube.com/@azbasketbol

İdman.Biz
Məqalədə: