“Sabah”ın legioneri: “Komanda olaraq əlimizdən gələni etdik”

1 Oktyabr 2026 11:19
96
“Sabah”ın legioneri: “Komanda olaraq əlimizdən gələni etdik”

“Geridönüş üçün çox çalışdıq. Komanda olaraq əlimizdən gələni etdik. Rəqibin də haqqını vermək lazımdır, onlar yaxşı komandadır. Sadəcə, oyunu güclü başa vurmalı idik”.

Bu sözləri “Sabah” basketbol klubunun ABŞ-li oyunçusu Cerri Bleyks Azərbaycan Basketbol Liqasında (ABL) mövsümün ilk oyununda “LANDAU Lions” üzərində qazanılan geridönüş qələbəsindən (84:74) sonra deyib.

Qələbədə böyük payı olan basketbolçu matçın gedişatını və öz fərdi oyununu dəyərləndirib.

“Bunun mübarizə şəklində keçəcəyini bilirdik. Bir neçə gün əvvəl də onlarla oynamışdıq. Ona görə də uzun və çətin oyun olacağını bilirdik. Matç boyunca mübarizəni davam etdirməli idik və bunu bacardıq. Şəxsi çıxışıma gəldikdə, əslində, razı qalmadım. Düşünürəm ki, daha yaxşı oynaya bilərəm. Özümü daha da inkişaf etdirə bilərəm. Amma qalib gəldik, bu da yaxşıdır”, - deyə o azb.az-a açıqlamasında vurğulayıb.

C.Bleyks tribunadakı azarkeş dəstəyinə və komandanın ümumi hədəflərinə də toxunub:

“Atmosfer möhtəşəm idi. Bu axşam azarkeşlərimizin belə dəstək göstərməsinə şadam. Biz də onlara yaxşı oyun nümayiş etdirə bildik. Mövsüm üçün hədəfimizə isə addım-addım ilerləyərək çatacağıq”.

İdman.Biz