NTD klubu ABŞ-li basketbolçu Cey-Kuan Yuinqi heyətinə qatıb.
İdman.Biz xəbər verir ki, 25 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Mərkəz və ağır hücumçu mövqelərində çıxış edən Cey-Kuan Yuinq ötən mövsümü ölkəsinin “Sent-Piters Pikoks” komandasında keçirib.
