Azərbaycan Basketbol Liqasının (ABL) birinci və ikinci turlarında keçiriləcək iki oyun təxirə salınıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, birinci turun oktyabrın 4-də keçirilməsi planlaşdırılan “Naxçıvan” - “Neftçi” qarşılaşması baş tutmayacaq.
Buna səbəb “Neftçi”nin oktyabrın 6-da FIBA Avropa Kubokunun qrup mərhələsində Yunanıstanda “Mikonos”la qarşılaşmasıdır.
Bundan başqa, ikinci turun “Gəncə” - “Sabah “ oyunu da təxirə salınıb.
Qarşılaşmaların yeni keçirilmə tarixləri barədə əlavə məlumat veriləcək.
