Maykl Cordanın NBA finalında geyindiyi forma rekord qiymətə satılıb

2 Oktyabr 2026 09:38
95
Maykl Cordanın NBA finalında geyindiyi forma rekord qiymətə satılıb

Basketbol əfsanəsi Maykl Cordanın 1998-ci il NBA finalının üçüncü oyununda geyindiyi forma hərracda 12,26 milyon ABŞ dollarına satılıb.

İdman.Biz xəbər verir ki, forma "JOOPITER" hərracında satışa çıxarılıb.

1998-ci ildə “Çikaqo Bullz”un “Yuta Cazz”la qarşılaşdığı NBA finalının üçüncü oyununda geyinilən forma 12,26 milyon dollara alınıb. Bununla da Cordanın forması basketbol tarixində ən yüksək qiymətə satılan oyun forması olub.

Bundan əvvəl rekord yenə Maykl Cordanın adına idi. Əfsanəvi basketbolçunun həmin final seriyasının ilk oyununda geyindiyi forma 2022-ci ildə “Sotheby’s” hərracında 10,09 milyon dollara satılmışdı.

1998-ci il finalında Cordan “Çikaqo Bullz”la altıncı və sonuncu NBA çempionluğunu qazanıb. Bu uğur onun karyerasının ən yaddaqalan dövrlərindən biri hesab olunur.

İdman.Biz
Məqalədə: