Millimiz Vətənə dönüb - FOTO - VİDEO

Xəbərlər
10 İyun 2024 22:09
605
Millimiz Vətənə dönüb - FOTO - VİDEO

Avropa kubokuna vəsiqə qazanan basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisi Vətənə geri dönüb.

İdman.biz xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Basketbol Federasiyasının üzvləri, yaxınları və media nümayəndələri qarşılayıb.

Yığmamız iyunun 8-9-da Kosovonun paytaxtı Priştinada keçirilən təsnifat mərhələsində uğur qazanıb. Yarımfinalda İrlandiyanı 21:12 hesabı ilə məğlub edən milli finalda Kiprlə qarşılaşıb. Komandamız həlledici görüşü də yüksək səviyyədə keçirərək, qələbəni bayram edib - 20:18.

Qeyd edək ki, Avropa kubokunun final mərhələsi avqustun 22-25-də Avstriyanın Vyana şəhərində təşkil olunacaq.

Banuçiçək Hüseynli
İdman.biz