Azərbaycan millisi ispaniyalı baş məşqçiyə ƏMANƏT

Xəbərlər
10 İyun 2024 12:25
3 331
Azərbaycan millisi ispaniyalı baş məşqçiyə ƏMANƏT

Basketbol üzrə gənclərdən ibarət Azərbaycan milli komandasında məşqçi dəyişikliyi rəsmiləşib.

İdman.biz xəbər verir ki, Rumıniyanın Piteşti şəhərində baş tutacaq Avropa çempionatı öncəsi bu post ispaniyalı Alberto Blankoya həvalə edilib.

Əsas millidə Tahir Baxşıyevin köməkçisi olan mütəxəssisin məşqçilər korpusunda Zaur Paşayev və Anar Hacıyev yer alacaqlar.

Qeyd edək ki, yığmamız Blankonun rəhbərliyi altında Avropa çempionatına hazırlıq məqsədilə bir neçə təlim-məşq toplanışında iştirak edəcək.

İdman.biz

Məqalədə: