Qadın basketbolçularımızın Avropa çempionatındakı rəqibləri məlum olub

Xəbərlər
19 Sentyabr 2023 21:03
96
Qadın basketbolçularımızın Avropa çempionatındakı rəqibləri məlum olub

Sentyabr 19-da İsveçrənin Mis şəhərində 2025-ci il qadınlar arasında baş tutacaq basketbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

İdman.biz saytı xəbər verir ki, püşkün nəticələrinə əsasən millimiz C qrupunda Belçika, Litva və Polşa yığmalarına rəqib olub.

İlk dəfə Avropa çempionatının seçmə mərhələ iştirak edəcək Qadın yığmamız tarixində yığmamız ilk oyununu noyabrın 9-da, səfərdə Litva millisinə qarşı keçirəcək. Millimizin ikinci qrup oyunu üç gün sonra Bakıda Belçika yığmasına qarşı olacaq. Qeyd edək ki, Avropa çempionatının final mərhələsi Çexiya, Almaniya, Yunanıstan və İtaliyada baş tutacaq.

İdman.biz