“Trabzonspor” ötən mövsüm çox yaxşı mübarizə apardı. Nəticədə komanda FIBA Çempionlar Liqasına vəsiqə qazandı”.
Bu sözləri Türkiyə millisinin sabiq basketbolçusu Oğuz Savaş Qara dəniz təmsilçisinin Çemponlar Liqasında “Sabah”la keçirəcəyi oyunla bağlı danışarkən deyib.
Veteran oyunçu maraqlı görüşə şahidlik edəcəklərini bildirib.
“Sabah” haqqında geniş məlumatım yoxdur. “Trabzonspor”un baş məşqçisi Selçuk Ernak ötən mövsümü yaxşı heyət qurmuşdu. Komanda fiziki cəhətdən çox yaxşıdır. Ümid edirəm ki, güclü olan qalib gələr. Amma favorot bizim təmsilçimizdir”, - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.
Oğuz Savaş 2010-cu ildə Türkiyə millisinin heyətində dünya çempionatının gümüş medalını qazanıb. O, həmçinin “Fənərbağça” və “Beşiktaş”ın da formalarını geyinib.
Xatırladaq ki, “Sabah” basketbol klubu Çempionlar Liqasının A qrupunda “Trabzonspor”la yanaşı, Fransanın “Nanter” və Litvanın “Ritas” klubları ilə qarşılaşacaq.
