Azərbaycan Basketbol Liqasında (ABL) birinci turun oyunları başa çatıb.
İdman.Biz xəbər verir ki, 30 sentyabr - 3 oktyabr tarixlərində keçirilən ilk turun oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Sabah” - “LANDAU Lions” - 84:74
NTD - “Sumqayıt” - 94:111
“Ordu” - “Gəncə” oyunu isə 90:92 hesabı ilə başa çatıb.
Qeyd edək ki, birinci turun “Naxçıvan” - “Neftçi” görüşü paytaxt klubunun FIBA Avropa Kubokunda iştirakı ilə əlaqədar təxirə salınıb. ABL-də 2-ci turun oyunlarına oktyabrın 9-da start veriləcək.
17:08
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu keçirilib.
İdman.Biz xəbər verir ki, “Gəncə” səfərdə “Ordu”nu 92:90 hesabı ilə məğlub edib.
Görüş Bakı İdman Sarayında keçirilib.
Qeyd edək ki, ilk turda artıq üç oyun keçirilib. “Sabah” “LANDAU Lions”u 84:74, “Sumqayıt” isə NTD-ni 111:94 hesabı ilə məğlub edib. “Naxçıvan” - “Neftçi” matçı isə Bakı klubunun FIBA Avropa Kubokunda iştirakı ilə əlaqədar təxirə salınıb.
10:16
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir qarşılaşması bu gün baş tutacaq.
İdman.Biz xəbər verir ki, “Gəncə” səfərdə “Ordu” ilə qarşılaşacaq.
Bakı İdman Sarayında keçiriləcək görüş saat 15:00-da başlayacaq.
İlk turda artıq üç oyun keçirilib. “Sabah” “LANDAU Lions”u 84:74, “Sumqayıt” isə NTD-ni 111:94 hesabı ilə məğlub edib. “Naxçıvan” - “Neftçi” matçı isə Bakı klubunun FIBA Avropa Kubokunda iştirakı ilə əlaqədar təxirə salınıb.
