“Neftçi” Dünya Seriyasının 1/4 finalında Fransaya uduzub

Xəbərlər
17 Sentyabr 2023 12:59
87
“Neftçi” Dünya Seriyasının 1/4 finalında Fransaya uduzub

“Neftçi” Ulan-Batorda qadınlardan ibarət komandalar arasında 3x3 formatında Dünya Basketbol Seriyasının final turnirində çıxışını başa vurub.

İdman.biz-in məlumatına görə, 1/4 final mərhələsində Azərbaycan klubu Fransaya 14:21 hesabı ilə uduzub.

Xatırladaq ki, öz altqrupunda Dina Ulyanova, Brianna Freyzer, Erika Karter və Aleksandra Mollenhauerin yer aldığı komanda öz altqrupunda üçüncü yeri tutub. Qrup mərhələsində Çinin “Yuanda” klubuna qalib gələn “Neftçi” ABŞ və Çin komandalarına uduzub.

---------

09:09

Bu gün Ulan-Batorda qadınlardan ibarət komandalar arasında 3x3 formatında Dünya Basketbol Seriyasının final turnirinin həlledici görüşləri keçiriləcək.

İdman.biz xəbər verir ki, "Neftçi" pley-offa yüksəlib və 1/4 finalda Fransa millisi ilə oynayacaq.

Azərbaycan klubu qrup mərhələsində ABŞ və Çin komandalarına uduzaraq, Çin Yuandasına qalib gələrək üçüncü yeri tutub. Fransa isə öz alt qrupunda ikinci olub.

Qeyd edək ki, “Neftçi”də Dina Ulyanova, Brayanna Freyzer, Aleksandra Mollenhauer və Erika Karter yer alıb.

Komandamız dörd mərhələdə qalib gələrək ümumi hesabda ikinci yeri tutduğu Dünya Seriyasında uğurlu çıxışı sayəsində final turnirinə vəsiqə qazanıb.

Nicat Zəkiyev

İdman.biz