Amerikalı basketbolçu: “Azərbaycan Liqasının səviyyəsi məni təəccübləndirdi”

Müsahibə
17 May 2024 18:41
228
Amerikalı basketbolçu: “Azərbaycan Liqasının səviyyəsi məni təəccübləndirdi”

"Xırdalan"la ilk qarşılaşmada çox yaxşı oyun göstərdik. Oyun planına əməl etdik və qələbə qazandıq. Komandanın müdafiədəki oyununu xüsusi qeyd edərdim”.

İdman.biz xəbər verir ki, bunu NTD-İNDİQO-nun basketbolçusu Eysan Vayli deyib.

Amerikalı basketbolçu ABL-nın bürünc medal uğrunda “Xırdalan”a qarşı cavab matçında da qələbə üçün meydana çıxacaqlarını bildirib: “Düşünürəm ki, ikinci oyun daha çətin olacaq, amma məqsəd birdir - qələbə. Üçüncü yer uğrunda oynayırıq. Bu, gözlədiyimiz nəticə deyil. Məqsədimiz çempionluq idi. Peşəkarıq və işimizi görməliyik. Artıq bir neçə aydır ki, Azərbaycanda oynayıram və Liqanın səviyyəsi məni təəccübləndirdi. Kifayət qədər yüksəkdir. Hər komandada amerikalı, eləcə də keyfiyyətli azərbaycanlı oyunçular var".

Qeyd edək ki, seriyanın ilk oyununda NTD-İNDİQO “Xırdalan”a 95:79 hesabı ilə qalib gəlib. Komandalar arasında 2-ci oyun sabah keçiriləcək.

İdman.biz