Pley-off Yannissiz start götürəcək

Xəbərlər
16 Aprel 2024 19:18
121
Pley-off Yannissiz start götürəcək

“Miluoki Baks” NBA-nın pley-offuna Yannis Adetokunbosuz başlayacaq.

İdman.biz xəbər verir ki, ulduz basketbolçu zədəsini tam sağaltmayıb.

Yannis aprelin 10-da “Boston”la görüşdə sıradan çıxıb. Oyunu yarımçıq dayandıran yunan forvard pley-offun ilk mərhələsində “İndiana”ya qarşı forma geyinə bilməyəcək. Adetokunbonun seriyanın növbəti görüşlərində meydana dönməsi gözlənilir.

Qeyd edək ki, “Miluoki” ilə “Boston” arasında ilk qarşılaşma aprelin 21-də baş tutacaq.

İdman.biz