Azərbaycan tarixində ilk: Həm basketbolda, həm də komanda yarışında Olimpiadaya LİSENZİYA - VİDEO

Xəbərlər
14 Aprel 2024 14:20
944
Azərbaycan tarixində ilk: Həm basketbolda, həm də komanda yarışında Olimpiadaya LİSENZİYA - VİDEO

Azərbaycanın basketbolun 3x3 növü üzrə qadın yığması tarixi uğura imza atıb.

İdman.biz xəbər verir ki, komandamız Honkonqda təşkil olunan Olimpiya Təsnifat Turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Komandamız bu gün öncə yarımfinalda Macarıstanla qarşılaşıb. B qrupunda 2-ci yeri tutan Tiffani Hayes, Aleksandra Mollenhauer, Dina Ulyanova və Mersedes Uolkerdən ibarət yığmamız finala gedən yolda rəqibini 21:19 hesabı ilə məğlub edib.

Basketbolçularımız finalda Polşa yığması ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı 16:16 hesabı ilə yekunlaşsa da, yığmamız əlavə vaxtda 18:17 hesabı ilə qalib gələrək, Paris Olimpiadasına vəsiqəni rəsmiləşdirib.

Bununla da Azərbaycan Oyunlarda həm basketbolçular, həm də komanda yarışında ilk dəfə təmsil olunacaq.

Qeyd edək ki, yığmamız qrupda Çilini 17:14, Monqolustanı 13:12 hesabı ilə məğlub edib, Niderlanda uduzub – 11:15.

Basketbol 3x3
Olimpiya Təsnifat Turniri
Yarımfinal

Macarıstan - Azərbaycan - 19:21

Niderland - Polşa - 12:20

Final

Azərbaycan - Polşa - 18:17 (OT)

İdman.biz