“Gəncə” basketbol komandası Avropa Kubokunda ev oyunlarını doğma şəhərdə keçirəcək

30 Sentyabr 2026 17:10
83
“Gəncə” basketbol komandası Avropa Kubokunda ev oyunlarını doğma şəhərdə keçirəcək

Azərbaycan basketbol tarixində ilk dəfə FIBA Avropa Kubokunda regionu təmsil edən “Gəncə” qitəmiqyaslı turnirdə ev oyunlarını doğma şəhərdə keçirəcək.

İdman.Biz xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Bildirilib ki, qərb təmsilçisi turnirin qrup mərhələsində beş ev oyununda rəqiblərini Gəncə İdman Sarayında qəbul edəcək.

Ən müasir standartlara cavab verən idman qurğusunda təşkil olunacaq qarşılaşmalar Gəncə basketbolunun beynəlxalq arenada təmsilçiliyi baxımından əlamətdar hadisə olacaq.

Qeyd edək ki, FIBA Avropa Kubokunun C qrupunda yer alan “Gəncə” “Universitatya Krayova” (Rumıniya), “Sportinq” (Portuqaliya), “Rilski Sportist” (Bolqarıstan), “Kolossos” (Yunanıstan) və “Esenler Erokspor”la (Türkiyə) üz-üzə gələcək.

İdman.Biz