Bu gün Azərbaycan Basketbol Liqasında XVI tura start verilib.
İdman.biz xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.
Açılış görüşündə “Xırdalan” “Sərhədçi” ilə üz-üzə gəlib. Oyun Xırdalan basketbolçularının qələbəsi ilə başa çatıb. Uğur Özdemirin komandası 2-ci və 3-ci periodlarda rəqibini üstələyib. Son periodda fərqi aradan götürən, hətta 1 xallıq fərqlə önə keçən "Sərhədçi"nin bundan artığına gücü çatmayıb. Məhsuldar keçən görüşü "Xırdalan" 112:105 hesabı ilə qalib gəlib. Bu, komandanın mövsümdə 10-cu qələbəsi olub.
Qeyd edək ki, hər gün 1 görüş baş tutacaq tura aprelin 7-də yekun vurulacaq. “Sabah” “Şəki”ni, “Sumqayıt” “Xəzri”ni, “Gəncə isə “Cəlilabad”ı qəbul edəcək. Tura NTD-İNDİQO - “Neftçi” matçı ilə yekun vurulacaq.
XVI tur
3 aprel
19:30. “Xırdalan” – “Sərhədçi” - 112:105 (30:30, 33:27, 28:23, 21:25)
Sərhədçi İdman Mərkəzi
|
Xəzri BK |
15 |
13 |
2 |
1363-1226 (+137) |
28 |
|
Sabah BK |
15 |
12 |
3 |
1459-1260 (+199) |
27 |
|
NTD-İNDİQO |
15 |
11 |
4 |
1387-1205 (+182) |
26 |
|
Neftçi İK |
15 |
11 |
4 |
1302-1186 (+116) |
26 |
|
Xırdalan BK |
16 |
10 |
6 |
1470-1441 (+29) |
26 |
|
Sərhədçi PİK |
16 |
6 |
10 |
1386-1436 (-50) |
22 |
|
Cəlilabad BK |
15 |
5 |
10 |
1293-1363 (-70) |
20 |
|
Sumqayıt BK |
15 |
5 |
10 |
1283-1392 (-99) |
20 |
|
Gəncə BK |
15 |
3 |
12 |
1258-1401 (-143) |
18 |
|
Şəki BK |
15 |
0 |
14 |
1100-1400 (-300) |
14 |
İdman.biz
