Millimiz Gürcüstanda daha iki qələbə qazanıb

Xəbərlər
24 Mart 2024 13:16
130
Millimiz Gürcüstanda daha iki qələbə qazanıb

Tbilisidə təlim-məşq toplanışı keçən 16 yaşadək basketbolçulardan ibarət Azərbaycan yığması iki yoxlama oyunu keçirib.

İdman.biz xəbər verir ki, Tahir Baxşıyevin yetirmələri “Rustavi” və “Pachulia Academy” komandalarından güclü olub.

Yığmanın hazırlıq mərhələsi sabah başa çatacaq.

Qeyd edək ki, U-16 komandamız əvvəl keçirdiyi 3 yoxlama matçında da qələbə qazanıb.

Azərbaycan U-16 - "Rustavi" – 78:55
Azərbaycan U-16 - "Pachulia Academy" – 68:61

İdman.biz