Olimpiadanın basketbol yarışlarının püşkatması keçirilib

Xəbərlər
20 Mart 2024 00:24
144
Olimpiadanın basketbol yarışlarının püşkatması keçirilib

Paris-2024 Yay Olimpiya Oyunlarında basketbol yarışlarının püşkatması keçirilib.

İdman.biz xəbər verir ki, həm qadınlar, həm kişilərin yarışında 12 yığma yarışacaq.

Kişilərin mübarizəsində 4 komandanın adı bəlli deyil. Olimpiya Təsnifat Turnirlərindən sonra Parisə vəsiqə qazanacaq yığmaların adına aydınlıq gələcək.

Qeyd edək, qadın və kişilər arasında son Olimpiya çempionu ABŞ olub.

Kişilər
A qrupu: Avstraliya, Yunanıstan turnirinin qalibi, Kanada, İspaniya turnirinin qalibi.
B qrupu: Fransa, Almaniya, Yaponiya, Latviya turnirinin qalibi.
C qrupu: Serbiya, Cənubi Sudan, Puerto-Riko turnirinin qalibi, ABŞ.

Qadınlar
A qrupu: Serbiya, İspaniya, Çin, Puerto-Riko.
B qrupu: Kanada, Nigeriya, Avstraliya, Fransa.
C qrupu: Almaniya, ABŞ, Yaponiya, Belçika.

İdman.biz