Evren Alkaya “Sabah” üzərində qələbəni şərh edib

Xəbərlər
10 Mart 2024 15:32
229
Evren Alkaya “Sabah” üzərində qələbəni şərh edib

“Sabah”ın çox dəyərli yerli və əcnəbi oyunçuları var”.

İdman.biz xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya deyib.

Basketbol üzrə Azərbaycan kubokunun IV turunda “Sabah”a 87:82 hesabı ilə qalib gələn mütəxəssis bildirib ki, bu matça 4-5 gün dincəlmədən hazırlaşıblar: “Çətin matça yaxşı hazırlanmışdıq. 4 gün bütün detalları çalışdıq. “Sabah”la matçda müdafiədə yaxşı oynadıq. Ümidvaram ki, davamını gətirərik. “Sabah” kimi dəyərli baş məşqçisi, dəyərli oyunçuları olan komandanı udduğumuz üçün çox xoşbəxtik. Onlara digər matçlarında uğurlar arzulayıram”.

Qeyd edək ki, bu qələbədən sonra xalını 7-yə çatdıran “Sərhədçi” B qrupunda liderliyə yüksəlib. “Sabah” isə 5 xalla üçüncüdür.

İdman.biz