“Haradasa 17 xallıq fərqi əritdik, sonradan yenə də oyunun ipini əldən verdik”.
İdman.biz xəbər verir ki, bunu “Sumqayıt” basketbol klubunun baş məşqçisi Teymur Hüseynov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan kubokunda üzləşdikləri ikinci məğlubiyyəti şərh edib. O, məğlubiyyətə baxmayaraq, “Neftçi” ilə oyundan razı qalıb: "Prinsipcə, pis oynamadıq. Təbii ki, səhvlərimiz oldu, amma yerli oyunçularla bağlı çatışmazlıqlar yekunda belə məğlubiyyətlərə yol açır. Amma komandamın çıxışından razı qaldım. Əsas odur ki, "Xəzri"yə qarşı oyunla müqayisədə bu gün yaxşı oynadıq. Məsələn, bu gün oyunçularım meydançda qaçırdı. Ribaundlarda da pis deyildik. Məşqlərdə pik-en-rolları işləyirik, basketbolçularımıza ötürmə etməyi aşılıyırıq, oyunda isə fərqli mənzərənin şahidi oluruq. Qrupdan çıxmaq şansımızı demək olar ki, itirdik? Qrupun favoritləri onsuz da məlum idi".
Qeyd edək ki, “Sumqayıt” “Neftçi”yə 76:87 hesabı ilə uduzub.
İdman.biz
