Kosovo ilə matçöncəsi baş məşqçimizdən açıqlama: “Biz professionalıq”

Xəbərlər
24 Fevral 2024 15:12
131
Kosovo ilə matçöncəsi baş məşqçimizdən açıqlama: “Biz professionalıq”

"Sabahkı oyun çətin olacaq".

Bunu İdman.bizə kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev deyib.

Mütəxəssis dünya çempionatının seçmə mərhələsində Kosovoya qarşı keçiriləcək oyunu dəyərləndirib. O bildirib ki, millimizi çətin sınaq gözləyir: "Bakıya bu gün səhər qayıtmışıq. Məşqdən qabaq oyunun videogörüntülərinə baxacağıq. İsveçrəyə qarşı matçdakı səhvlərimiz üzərində işləyəcəyik. Əlimizdən gələni edəcəyik ki, qalib gələk".

O, komanda ilə danışdığını və ruhdan düşmədiklərini vurğulayıb: "Biz peşəkarıq. Öz meydanımızda vuruşacağıq, bacardığımızı edəcəyik ki, qalib gələk".

Baxşıyev ilk oyunlardan sonra qrupdakı vəziyyət barədə də fikirlərini bölüşüb: "Favoritdən danışmaq hələ tezdir. Bu qrupda hər kəs bir-birinə qalib gələ bilər. Rəqiblərimizin oyunlarını izləmişik. Demək olar ki, eyni səviyyədədirlər".

Qeyd edək ki, Azərbaycan ilk görüşdə İsveçrəyə 53:72 hesabı ilə uduzub. Azərbaycan – Kosovo matçı sabah saat 14:00-da "Sərhədçi" İdman Mərkəzində start götürəcək.

Emin Ağa
İdman.biz

Məqalədə: