Azərbaycan - Kosovo matçının başlama vaxtı dəyişdirilib

Xəbərlər
20 Fevral 2024 19:56
115
Azərbaycan - Kosovo matçının başlama vaxtı dəyişdirilib

Azərbaycan və Kosovo basketbol yığmaları arasında fevralın 25-də keçiriləcək oyunun başlama vaxtı dəyişdirilib.

İdman.biz xəbər verir ki, 2027-ci il FİBA Dünya kubokunun seçmə mərhələsi çərçivəsində baş tutacaq oyun saat 14:00-da start götürəcək.

Matçın əvvəlcə saat 19:00-da start götürməsi nəzərdə tutulmuşdu. Oyun “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.

Qeyd edək ki, millimiz qrup mərhələsinin ilk görüşündə fevralın 22-də İsveçrə ilə qarşılaşacaq.

İdman.biz

Məqalədə: