Millimiz FİBA reytinqində mövqeyini qoruyub

Xəbərlər
20 Fevral 2024 11:08
130
Millimiz FİBA reytinqində mövqeyini qoruyub

Qadın basketbolçulardan ibarət milli komandaların FİBA reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahıda Olimpiya təsnifat turnirlərinin nəticələri də yer alıb.

Azərbaycan millisi 43,5 xalla dünyada 105-cidir. Komandamız ötən siyahıdakı mövqeyini qoruyub. Yığmamız Avropa ölkələri arasında 42-ci sırada qərarlaşıb.

Qeyd edək ki, cədvələ ABŞ başçılıq edir – 834,8 xal. Çin 686,0 xalla ikinci, Avstraliya 668,8 xalla üçüncüdür.

İdman.biz

Məqalədə: