Teymur Hüseynov: “Yaxşı müdafiə oluna bilmədik”

Xəbərlər
2 Fevral 2024 22:17
341
Teymur Hüseynov: “Yaxşı müdafiə oluna bilmədik”

“Oynayan cəmi 6-7 basketbolçumuz var. Bizdən fərqli rəqib daha çox rotasiya edə bilir”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Teymur Hüseynov Azərbaycan Basketbol Liqasının XIII turunun “Neftçi” ilə oyunundan sonra deyib.

Təcrübəli mütəxəssis səfər matçında 96:113 hesablı uduzduqları qarşılaşmanı şərh edib. Hüseynov “"Neftçi" bizimlə oyundan əvvəl daha iki legionerlə gücləndi. Onların həqiqətən də yaxşı basketbolçu olduğunu gördük. Mən öz oyunçularımdan bu gün razı qaldım. Döyüşdük. Doğrudur, səhvlərimiz oldu, amma rəqibi əks-hücumlarda tuta bilirdik. Əvəzində yaxşı müdafiə oluna bilmədik. Bunu da yorğunluqla əlaqələndirərdim. İstənilən halda, növbəti oyunlarda sona qədər mübarizə aparacağıq. İndidən nə deyə bilərəm ki?! Əlimizdən nə gəlir ki?! Hər şey göz qabağındadır. Nəzərə almaq lazımdır ki, Nəzər Quliyev zədəli idi, Dikson isə tam hazır deyildi. Hətta mən elə bilirdim, o oynamayacaq. Amma bizə kömək edə bildi".

Qeyd edək ki, “Sumqayıt” mövsümdə keçirdiyi 13 oyundan cəmi 3-də qələbə qazana bilib.

İdman.biz