Azarkeşlə qalmaqal Mitroviçə baha başa gəlib

Xəbərlər
31 Yanvar 2024 20:36
92
Azarkeşlə qalmaqal Mitroviçə baha başa gəlib

“Qalatasaray” basketbol klubu baş məşqçi Zvezdan Mitroviçlə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, buna səbəb monteneqrolu mütəxəssislə azarkeşlər arasında qalmaqal yaşanmasıdır.

FİBA Çempionlar Liqasının qrup mərhələsində “Dijon”la qarşılaşmada “Qalatasaray” 25 xallıq üstünlüyü qoruya bilməyib. Öz meydanında 93:96 hesabı ilə uduzan “sarı qırmızılar”ın azarkeşləri oyundan sonra Mitroviçi təhqir ediblər. Monteneqrolu məşqçinin onlara cavab verməsi qalmaqala səbəb olub. Nəticədə klub rəhbərliyi mütəxəssislə yollarını ayırmağa qərar verib.

Qeyd edək ki, Mitroviç ötən ilin mayında “Qalatasaray”ın baş məşqçisi təyin olunmuşdu.

İdman.biz

Məqalədə: