“Gəncə”nin baş məşqçisi: “Belədə qalib gəlməyin çətinləşir”

27 Yanvar 2024 18:02
453
“Gəncə”nin baş məşqçisi: “Belədə qalib gəlməyin çətinləşir”

"İkinci dövrənin startında ardıcıl üç güclü rəqib ilə oynadıq. Təəssüf ki, bu oyunlarda uğur qazana bilmədik”.

İdman.biz xəbər verir ki, bunu "Gəncə" basketbol klubunun baş məşqçisi Bedri Meriç deyib.

ABL-nın XII turunda NTD-İNDİQO-ya 80:94 uduzan mütəxəssis bildirib ki, yaxşı mübarizələrinin qarşılığını almaq istəsələr də, alınmayıb: “Evdə yaxşı oynamağımıza baxmayaraq uduzduq. Hücum ribaundları amili yenə əleyhimizə işlədi. Rəqibə 24 belə şans verdik. Bu, böyük bir rəqəmdir. Belə olanda sənin qalib gəlməyin çətinləşir. Rəqib yerli oyunçularından böyük dəstək aldı. Ümid edirəm ki, çalışaraq yaxşı olacağıq. Ruhdan düşməməliyik. Sona qədər mübarizə aparmalıyıq. Başqa yolumuz yoxdur".

Qeyd edək ki, “Gəncə” XII turdan sonra 15 xalla 9-cudur.

İdman.biz