Azərbaycan Basketbol Liqası: “Sabah” “Abşeron Lions”a qalib gəlib - YENİLƏNİB + FOTO

2 May 2026 16:18
915
Azərbaycan Basketbol Liqası: “Sabah” “Abşeron Lions”a qalib gəlib - YENİLƏNİB + FOTO

“Sabah” Azərbaycan Basketbol Liqasının final seriyasında ikinci qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda “Abşeron Lions”u məğlub edib.

Qarşılaşma 112:84 hesabı ilə bitib.

Qeyd edək ki, ilk görüşdə də “Sabah” rəqibini üstələyib - 98:93. Final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

11:22

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının daha bir oyunu keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Sabah” və “Abşeron Lions” komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

Bakı İdman Sarayındakı qarşılaşma saat 14:00-da start götürəcək.

Qeyd edək ki, ilk görüşdə “Sabah” qalib gəlib - 98:93. Final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

İdman.Biz